Aprelin 15-də Beynəlxalq mətbuat mərkəzində «Etnik və milli şüur» mövzusunda konfrans keçirilib. Hafta.az xəbər verir ki, təbir «Etnoqlobus» (ethnoglobus.az) beynəlxalq onlayn informasiya — analitik mərkəzinin «Etniklik azərbaycançılığın əsas amillərindən biri kimi» müddətsiz layihəsi çərçivəsində keçirilir. Layihəyə ötən ilin dekabrında start verilib. Konfransın təşkilatçısı «Etnoqlobus» mərkəzinin direktoru, politoloq və ekspert Gülnarə İnanc layihənin məqsədi haqda qısa məlumat verdi: cəmiyyətdə etnik və milli şüurun öyrənilməsi, Azərbaycanda etnoqrafiya sahəsində aparılan araşdırmaların ictimai fikrə çatdırılması, etnik və mili məsələlərin işıqlandırılmasında ortaya çıxan neqativ məqamların üzə çıxarılması və sair.
Konfransda çıxış edən AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutunun sosioloji araşdırmalar şöbəsinin müdiri Əliağa Məmmədli etnik və milli şüuru formalaşdıran amillər və ölkədəki bu istiqamətdə hazırki durum haqda danışıb. Alim ölkədə son illər «Etnomədəni və etnososioloji problemlər» mövzusunda geniş bir layihənin həyata keçirildiyini vurğulayıb. Çıxış edən AMEA-nın Folklor İnstitutunun əməkdaşı, alim Əli Şamil ölkədə həqiqətən sayı az olan buduq, xınaluq, qaraçı, türkman və sair xalqların araşdırma alanına düşmədiyini qeyd edib
Folklorşünas Aynur Qəzənfər qızı isə bununla yanaşı, institutda Azərbaycanda yaşayan azsaylı etnosların folklorunu öyrənən şöbə yaradılmasını da pozitiv hal kimi qeyd edib.
Alban Udin icmasının başçısı Robert Mobili Azərbaycanda yaşayan udinlərin tarixi, mədəniyyəti, etnoqrafiyası, dini ilə bağlı diqqətçəkən işlər görüldüyünü qeyd edib. Bunların sırasında İncilin udin dilində tərcüməsi, Alban kilslərinin bərpası, udin əlifbasının tərtib olunması, Ukrayna və Polşada Alban ruhanilərinin hazırlanması var.
Hətta hər il udin təqvimi belə nəşr olunur. Mobili udinlərin Azərbaycanda düzənlikdə yaşamalarına baxmayaraq assimlyasiyaya uğramamalarıınn səbəbinin Azərbaycandakı faktiki tolerantlıqda olduğunu vurğulayıb. Bundan əlavə, maraqlıdır ki, yalnız Azərbaycanda yaşayan udinlər etnik kimliyini və dillərin qoruyub saxlaya bilib. «Ronahi» kürd mədəniyyət mərkəzinin sədr muavini Əhməd Əpiyev bir qisim insanların kürd, ləzgi, talış kələmsinə qıcıqlandığını qeyd edib: «Mən kürdəm. Amma Azərbaycan bayrağı, dövlətim mənimdir. Azərbaycanı türkdən az sevmirəm. Amma mənim anam kürddür demək haqqım var.» Əpiyevin sözlərinə görə, bu cür qısqanc yanaşmalar düşmənlər tərəfindən istifadə olunur. Azərbaycan Ukrayna icmasının başçısı Aleksandr Zareçnıy isə ukraynalıların da etnik kimlik və mədəniyyətini qorumağa çalışdığını və bunun üçün ölkədə onlara heç bir maneə olmadığıın qeyd edib. Zareçnıy Ukraynanı qərbində həqiqətən ukraynalıların bir qədər fərqli mentallığa məxsus olmalarına baxmayaraq şimalda, cənubda, qərbdə və şərqdə yaşayan xalqın eyni etnos olduğuun bildirib. «Həqiqətən Ukraynada millətçilər var. Amma Ukarynanın işğal olunması layihəsi üçün bu heç bir əsas vermir. Hazırda Ukraynanın federallaşması danışıqları aparılır. Düşünürəm ki, 20 % torpaqları işğal olunmuş Azərbaycan bizi gözəl anlayır.» G.İnanc ötən ilin sonlarından başalyaraq Azərbaycanda etnik azlıqların hüquqlarının pozulması ilə bağlı 3 hesabat olduğunu xatırladıb — AB, Təmsil olunmayan xalqların təşkilatı və ABŞ Departamenti. «Azərbaycana qarşı etnik amildən təzyiq vasitəsi kimi istifadə olunamağa başlanıb.
Təmsil olunmayan xalqların təşkilatının xüsusi komissiyasının ötən il Azərbaycana görə apardığı hesabatda guya ölkədə antisemitizm hallarının qarşısının alınması üçün yəhudilərə xüsusi qayğı göstərildiyi vurğulanır. Fikrin absurdluğunu şərh etməyə belə ehtiyac qalmır. Orta və Yaxın Şərqdə, son zamanlar isə Ukraynada millətçilik amilinin həssaslaşması bütün dünyada öz təsirini göstərir, o cümlədən Azərbaycana da. Millətçlik amilinin radikal dağıdıcı şovinizmə çevrilməməsi üçün mütəxəssiələr , dövlət və mətbuat öz tərəfindən çalışmaalıdır.» AMEA-nın İnsan haqları institutunun əməkdaşı Mixail Bekker deyib ki, vaxtilə bir çərçivə kimi götürülən etnik kimliyin müəyyənləşdirilməsi şərtləri zaman ötdükcə əhəmiyyətini itirib. «Vətənindən kənarda yaşayanlar, öz ana dilini bilməyənlər məgər yəhudi, ləzgi, azərbaycanlılığını itirir. Etnik kimlik insanın seçimidir. Biri özünü hər hansı bir etnosla eyniləşdirirsə, bu onun haqqıdır», -deyib Bekker. Ləzgi dilində çıxan «Alam » jurnalının redaktoru Abir Eilexvi isə deyib ki, əgər ölkdə yaşayan etnosların mədəni abidələri qorunmursa, bu, ümumi Azərbaycanın mədəni irsinə olan münasibətdir. «Artıq 20 ildir ki, ləzgi dilində dərsliklər dərc edilmir. Bunu mənim dövlətim etməlidir. Almanlar, fransızlar gəlib Azərbaycanda etnik məsələlri araşdırırlar.
Dövlətimiz güclüdür bunları özümüz etmək iqtidarındayıq. Azərbaycan mənim dvölətimdir və mən dövlətimdən umuram. Uman yerdən küsərlər» ,- deyə Eilexvi iradını bildirib. Ə.Məmmədli bir ekspert kimi irəli sürülən məsələlərə fikrini bildirərək deyib ki, araşdırmalar zamanı ortaya çıxan problemlər Elmi Şurada müzakirə olunub: «Məsələn, ləzgi avar məktəblərinə dərsliklər Dağıstandan gətirilir. Ləzgi məktəblərində dərs deyən müəllimlər də orda təhsil alır. Rusiya başqa bir ölkədir və başqa bir ideologiyanı daşıyır. Onlar bizim vətəndaşalrımıza başqa bir ölkədə aldığı biliklərlə yanaşı ideoloji baxışları da verə bilər.» Mütəxəssis həmçinin etnosların dili, mədəniyyəti ilə bağlı konfransların xaricdə keçirilməsinə də toxunaraq, artıq Azərbaycanda bu inisiativi ələ almalı olduğunu qeyd edib. Çıxışlar maraqlı müzakirələrlə davam edib. Mayda keçiriləcək növbəti konfransın etnik azlıqlarla bağlı problemlərə həsr olunması təklif olunub.
Əli Rais, Hafta.az