Alim Milli Məclisə seçkilərdə «Seçkilər» kompüter sisteminin pilot variantının işlənib hazırlanmasında və sistemin UNDP (United Nations Development Proqram) beynəlxalq proqramı çərçivəsi tərkibində inkişaf konsepsiyasının yaradılmasında məsul icraçı kimi fəal iştirak etmişdir. 1993-cü ildən onun tərəfindən alınan çoxlu elmi nəticələr Respublika Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatına mühüm nəticələr kimi daxil edilmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Əməkdar Müəllimi adına layiq görülmüş alim 388, o cümlədən xaricdə nəşr olunmuş 218 elmi əsərin müəllifidir. Onun məqalələrinə yerli və xarici tanınmış alimlərin çoxlu sayda istinadları var. Elmi rəhbərliyi ilə 2 elmlər doktoru və 19 fəlsəfə doktoru hazırlanmışdır. 30 iyun 2014-cü ildə AMEA-nın seçkiləri ilə əlaqədar keçirilən müsabiqədə gizli səsvermə ilə informatika ixtisası üzrə Akademiyanın müxbir üzvü seçilmişdir.
Hər iki alimi təbrik edir və daha böyük uğurlar arzulayırıq!
«ALAM»