X
    Категории: Статьи

 Geylani Minhac oğlu Pənahov

 Geylani Minhac oğlu Pənahov 1954-cü ilin 25 avqustunda  Əniğ kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) girmiş və 1976-cı ildə həmin institutun Neft və Mədən fakultəsini dağ mühəndisi ixti­sasını almaqla başa çatdır­mışdır. 5 elmi qrant layihəsinə və bir çox təsərrüfat hesablı mü­qa­vilələrə rəhbərlik et­mişdir. Üç aspirantın namizədlik disserta­siyasını müdafiə et­miş­dir. 1996-2002-ci illər ərzində ADNA «Neftin-qazın nəqli və saxlanması» və «Neft yataqlarının işlənməsi və istismarı» kafedralarında professor vəzifəsində, bir sıra fənlərdən mühazirələr oxumuşdur. 20 iyul 1999-cu ildən Rusiya Federasiyasında İxtiralar üzrə Akademiyanın və 2003-cü ilin martından Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi xarici üzvü seçilmişdir.  RTEA-nın V.İ.Vernadski adına fəxri gümüş medalı ilə və AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 30 iyun 2014-cü ildə AMEA-nın seçkiləri ilə əlaqədar keçirilən müsabiqədə gizli səsvermə ilə mexanika ixtisası üzrə Akademiyanın müxbir üzvü seçilmişdir.

Hər iki alimi təbrik edir və daha böyük uğurlar arzulayırıq!

“ALAM”