Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə həmyerlimiz Şair Nəcməddin oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. 1990-1998-ci illər ərzində Şair Həsənov Azərbaycan Respublikasının tikinti materialları sənayesi naziri, 1999-2001-ci illərdə Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri, 2001-ci ildən 2006-cı ilə kimi Azərbaycan Respublikasının Tikinti və Arxitektura Komitəsinin sədri vəzifələrində işləmişdir. Respublika tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Şair Həsənov 1982-ci ildə «Şərəf nişanı», 1986-cı ildə «Qırmızı Əmək Bayrağı» ordenləri ilə təltif olunmuşdur. O, 1982-ci ildə «Azərbaycan SSR-in Əməkdar mühəndisi» fəxri adına layiq görülmüşdür. Şair Həsənov 2006-cı ildən «Samur» Ləzgi Milli Mərkəzi İdarə heyətinin sədri vəzifəsində çalışır. El ağsaqqalını təbrik edir, ona uzun ömür, cansağlığı və müvəffəqiyyətlər arzulayırıq.