Sevilən sənətçi fəxri ada layiq görüldü

Dövlət başçısı İlham Əli­ye­vin sərəncamı ilə Azərbay­can mədəniyyətinin inkişafın­- dakı xidmətlərinə görə Qusar Rayon Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən «Şahnabat» xalq kollektivinin bədii rəhbəri Nuviddin Feyzi oğlu Cigərova «Əməkdar Mədəniyyət İşçisi» fəxri adı verilmişdir.Nuviddin Cigərov əmək fəaliyyətinə Samur qəsəbə klubunun müdiri kimi başlamışdır. O, 1971-73-cü illərdə Qusar Rayon Xalq Yaradıcılığı Evində metodist, 1974-81-ci illərdə rayon mərkəzi mədəniyyət evində müşayiətçi işləmişdir. 1984-cü ildən rayon mədəniyyət evinin nəzdində yaradılmış «Şahnabat» ansamblına rəhbərlik edir. O, 1986-cı ildə respublika xalq yaradıcılığı festivalında laureat adını qazanmış, 1987-ci ildə ikinci respublika (ümumittifaq çərçivəsində) xalq yaradıcılığı festivalında diploma layiq görülmüşdür.

Zurna və klarnet musiqi alətlərinin ifasının mahir ustası  mədəniyyət və turizm nazirinin əmri ilə 2008-ci ildə  fəxri fərman və pul mükafatı ilə, 2013-cü ildə «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif edilmişdir. Ustad sənətkarı təbrik edir, ona uzun ömür, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq. 

Biz də redaksiya kollektivi adından Sizi təbrik edirik!                                        

 “ALAM”

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *