Dəqiq olmayah məlumatlara görə Azərbaycanda 10 – 15 min arası haput millətindən olan vətəndaş yaşayır (2009 il siyahıalmada haputlar göstərilməyib). Haputlar Şahdağ dil grupuna daxil olan ləzgidilli xalqdır. Onlar əsasən Quba, Xaçmaz, İsmayıllı, Ağdaş rayonlarında konpakt, Bakı, Sumqayıt və digər şəhərlərdə isə pərakəndə yaşayırlar. Artıq Afrika çəngəlliklərində yaşayan zənci qəbilələrin də öz əlifbaları var, lakin haputlar hələ də “yazısı olmayan xalq”dır.
Mən bu sadə, mərd və qonaqpərvər, insanların konpakt yaşadığı Mollaisaqlı kəndində oldum.
Kənddə 180 ev və 1100 nəfərdəndən çox əhali yaşayır. İşıq, qaz, su probləmləri yoxdur. Kəndə gəlməyimin məqsədi, haput əlifbasını yaratmaq kimi ağır və şərəfli bir yükün altına girmiş kənd ağsaqqalı- ziyalı Cahan Şahadıx ilə ünsüyyət qurmaq idi.
Ədəbi portret
Cahan Şahadıxın 76 yaşı var. O, ziyalı nəslindəndir və onun babası Molla Abdullah, atası Şeyx Nəsir, əmisi Hacı Abidin adları savadlı ruhanilər kimi həmkəndliləri tərəfindən indiyə kimi hörmət və еhtiramla çəkilir. Cahan Şahadıx qonşu Hacıhətəmli xəstəxanasında 45 ildən çox müddətdə həmyerlilərin sağlamlığının keşiyində duraraq bir savadlı feldşer kimi xalqın rəğbətini qazanaraq nəslinə hörmət və rəhmət missiyasını davam etdirmişdir. Hal-hazırdada o, imanlı və sayılan, savadlı ruhani kimi kənd məscidinin imamıdir. On övladın atası, 23 nəvənin və 6 nəticəsinin babası, böyük bir nəslin ağsaqqalı olan bu insan üstəlik şeir və hekayə də yazır. Sifətindən nuranilik, xeyirxahlıq yağan, taleyinə görə allahına gündə yüz kərə “şükür”deyən ağsaqqaldan soruşuram:
— Cahan kişi, kəndinizdə bundan qabaq da, hələ indinin özündə də yüzlərcə ziyalılar, alimlər, savadlı müəllimlər, hətta şair və yazıçılar olmuş və vardır. Ancaq, haput əlifbası, haput – azərbaycan lüğətinin hazırlanması ilə siz məşğul olursunuz. Bu hal sizə qəribə gəlmirmi?
— Yox oğlum bu iş “mənim xaçımdır” mən onu Galgofaya aparmalıyam. Mən bu işi həyat sinfoniyamın axırıncı akkordu hesab edirəm. Bu məqamda o, dəyişdi, gözlərində qığılcım çaxdı. Mən elə bil Nəsimini gördüm… Məşhur sətirlər yadıma düşdü:
Məndə sığar ikən cahan,
Mən bu cahana sığmaram…
Cahan kişi “MÜSLÜM” olsa da, üsyana qalxmışdi… O, mövcud vəziyyətlə barışmaq istəmirdi və əks argumentlərində haqlı idi… – Nəcə olur ki, bizdən sayca az olan qardaş xalqlardan olan udinlərin, xınalıqların əlifbası var, haputların yoxudu? Mənimki paxıllıq deyil başa düşün… O dünyada mənim babalalarım məndən soruşsalar: niyə imkan ola- ola(allaha şükür azad və demokratik ölkədə yaşayırıq) bu işi görmədin?… Nə cabab verim!? Həm də, vaxt ötdükcə, globollaşma sürətləndikcə assimilyasiya prosesləri sürətlənəcək və dil kasıblaşacaqdır. O, qoltuq cibindən cıxardıb ctolun üstünə iki dəftər qoydu.
Artıq qabağımda oturan Molla Cahan deyildi, qarşımda… Sanki LİNGVİST, DİLÇİ AlİM, TƏDQİQATÇI FİLOLOG Cahan Şahdıx oturmuşdu.
Cahan kişinin şirin söhbətlərindən bəzi məqamlar
— Artıq üç aydır mən “söz axtarışı” xəstəliyinə düçar olmuşam. Hara getməyimdən, harda olmağımdan asıllı olmayaraq beynim qədim arxaik — daşa dönmüş, yaddaşlardan silinməyə düçar olmuş sözlərin, deyimlərin, bayatıların, atalar sözlərinin axtarışındayam. Çox vaxt kənddən, səs–küydən uzaqlaşıb dağın döşündə, qəbristanlıqda öz xatirələrimlə, rəhmətə getmiş həmyerlilərimlə danışıram, soruşuram… İnanın mənə, rahatlanıram…
— Mən artıq 3000 -dən çox söz və deyimləri həyata qaytarmışam, — deyib mücrünü(dəftəri) açır.
Başlayaq tək olan Allahdan. Tək – Bir, yəni say ölçü vahidləri.
1. Bir(az.); Сед(гьап.); Сад(лез.).
2. İki(az.); К*ааб(гьап.); Кьвед(лез.).
3. Üç(az.); Шуб(гьап.); Пуд (лез.).
4. Dörd(az.); Юк*уб(гьап.); Кьуд(лез.).
5. Beş(az.); Фуб(гьап.); Вад (лез.).
6. Altı(az.); Рх*иб(гьап.) Ругуд(лез.).
7. Yeddi(az.); Йийиб(гьап.) Ирид(лез.).
8. Səkkiz(az.); Mыйиб(гьап.) Муьжуьд(лез.).
9. Doqquz(az.); Вич*иб(гьап.) К1уьд(лез.).
10. On(az.); Йыц*ыб(гьап.); Ц1уд(лез.).
20. İyirmi(az.); Х*аб(гьап.) Къад(лез.).
30. Otuz(az.); Х*анна йыц1ыд 20 + 10(гьап.); Къанни ц1уд. 20+10(лез.). 40.Qırx(az.); К*вад х*ад 2 дəфə 20(гьап.); Яхц1ур(лезги).
50. Əlli(az.); К*вед х*аб яц1ыд( 2дəфə 20+ 10 гьап.); Яхц1урни ц1уд(40+10 лез.)
60. Altmış(az.); Шубуд к*ад (3 дəфə 20 гьап.); Пудкъад( 3 ра 20 лез). 70.Yetmiş(az.); Шыбыд к*ад яц*ыд(3 дəфə 20+10 гьап.); Пудкъанни ц1уд( 3 ра 20 +10 лез.).
80. Səksən(az.); Йук*уд к*ад(4 дəфə 20 гьап.); Кьудкъад(4ра 20 лез.). 90. Doqsan(az); Йук*уд х*анна йыц*ыд(4 дəфə 20 +10 гьап.); Кьудкъанни ц1уд( 4ра 20 ни +10 лез.).
100. Yüz(az.); Фуд к*аб(5 дəфə 20гьап.); Виш(лез.).
Haput və ubıx paralelliyi
Ağsaqqal danışırdı, aludəliklə, cəhdlə, dilinə sevgi ilə… Bir anlıq xəyalım mənə nə vaxsa oxuduğum bir məqaləni xatırlatdı.
XVII- XVIII əsr. Rus çarı ordusuna Qafqazı istila etmək əmrini verib. Rus istilasına qarşi ölüm- itim davasına çıxan xalqlar arasında azsaylı ubıxlar da var. Dağlıların mərdliyi rus süngülərinə və toplarına qarşı tab gətirə bilmir və ubıxlar seçim qarşisinda qalırlar, ya diz çöküb “kafirlərin” bayrağının altına keçmək ya da vətənlərini tərk edərək onları qəbul etməyə hazır olan Türkiyəyə mühacirət etmək. Secim Türkiyə olur. Türkiyəyə səpələnən ubıxlar artıq 200 ilə assimiliyasiya olaraq dillərini itirirlər. İş o yerə çatır ki, XX əsrin 80-ci illərində fransız lingvistləri Türkiyəyə gələrək ubıx dilində danışa bilən axırıncı ağsaqqalın danışıqlarını magnitofona yazaraq gələcək nəsillərə çatdırmaq məqsədi ilə Fransaya aparırlar.
Dilləri məhv olmuş qavqazdilli xalqların sırasinda ubıxlar axırıncıdırlar. Nə yaxşı, haput qardaşlarımın Cahan Şahdıx kimi xilaskarı var.
Mollaisaqlı kənd camaatı “Hapıt” adlı folklor grupu ilə fəxr edirlər. Bu özünəməxsus Daş dövrünün musiqisini xatırladan(mahnılar ifaçıların əl çalmaları ilə musiqisiz ifa olunur) folklor grupu, kənd tam orta məktəbinin direktoru Fazil müəllimin dəstəyi ilə fəaliyyət göstərir. Grupun bədii rəhbəri Zəminə İsmayılovadır.
Geriyə…
Yolumuz Bakıyadır. Döstum Rafik Bağıyev mənimlə İsmayıllı haqqında bildlkləri ilə paylaşır. İsmayıllı maraqlı, çöxmillətli, tarix abidələrinin bolluğuna görə zəngin rayondur. Burda udilər, lahıclar, ruslar, ləzgilər, haputlar birlikdə qardaşcasına yaşayırlar. Biz məşhur “Nikitinin” kəndinə yaxınlaşırıq. Birdən gözümə yarısökülü qədim Alban məbədi dəyir. Rafik qardaşım məlumat verir: Qalagah kəndi. Bu kənddə qədimdən ləzgilərlə udinlər qarışıq yaşayıblar. Udinlərin alban dini əllərindən alınaraq erməni kilsəsinə qatılandan belə, bu kənddə ermənilərin yerləşməsi prosesi başlanır. Ləzgilərin İslamı qəbulu bu prosesi daha gücləndirir. Bu minvalla kilsə ermənilərin əlinə keçir. Udinlərin assimilyasiyasi başlanır, bu siyasətlə razı olmayan udinlər sıxışdırılaraq Nicdə məskunlaşırlar. Qarabağ müharibəsindən sonra hal – hazırda kənddə yaşayanlar ləzgilər və Qarabağ hadisələrinə görə Ermənistandan didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərdir. Şəkildə gördüyünüz məbədə yaxınlaşırıq. Məbəd öz arxitekturasına və tikilmə tərzinə (Geografik səmtləri nəzərə alınaraq tikilib) görə ən azı XVII – XVIII əsrlərə aid Alban – xristian kilsəsidir. Ancaq təəssüf ki, nə yerli dövlət icra nümayəndəliyi, nə də bələdiyyə tərəfindən qorunmur. Bu məqamda mən məşhur bir tarixi faktı nəzərinizə çatdırmaq istəyirəm.
İstambul şəhəri. XVII əsrin əvəlləri. Şəhərin mərkəzində yerləşən və o zaman dünyada ən böyük xristian (provoslav) kilsəsi olan Müqəddəs Sofiya məbədini ziyarət etməyə gələnlərin ardı- arası görünmür. İstambulun İslam din xadimləri bu hala dözümsüzlük və qısqanclıq səbəbindən türk Sultanı Əhmədə xristian məbədini dağıtmağı məsləhət görürlər.
Ağıllı, uzaqgörən və müdrük Sultan Əhmədin cavabı gözlənilməz olur:
— Əgər Sofiya məbədinə gözəlliyinə və möhtəşəmliyinə görə gələnlərin sayı çoxdursa, biz də bundan nəticə çıxarıb, onun lap qənşərində ondan da gözəl, ondan da möhtəşəm bir məscid tikərik. Deyildiyi kimi də olur, 1609 cu ildə tikintiyə başlanılan “GÖY MƏSCİD” dogrudan da bütün parametlərinə görə islam arxitekturasının incilərindən sayılır. Sultan Əhmədin müdrük qərarı indiyə kimi Türkiyə Respublikasının büdcəsinə milyardlarla vəsait və dövlətə toleriantlıq imicini gətirməkdədir.
Məncə Qalagahdakı Alban məbədinə qayğı ilə yanaşsaq pis olmazdı…
Abir Eçexvİ,
İsmayıllı, Qalagah, Bakı,
Abir.Asad@mail.ru